BARRISOL® DARTMA TAVAN SISTEMLƏRİ.

Barrisol dartma tavan sistemləri — elastik materiala malikdir ve istilik verən qurğu vasitəsi ilə qizdırılaraq xusisi profillərə taxılır.Barrisol dartma tavan sistemi məkanda önəmli atmosfer yaratmaq xüsusiyyətinə malikdir. Ümumi görünüş olaraq interyerdə xüsusi önəm daşıma potensialına malikdir. Barrisol 230-dan çox unikal rəng və tekstura çeşidini təqdim edir.İstər çeşid çoxluğu istər rəqəmsal çap imkanları istərsədə işıqkeçirən parça növlərinin köməyi ilə təsəvvürünüzdəki görüntünü yaratmaq mümdündür.

Professional memarlar,dizaynerlər və müştərilər üçün tam olaraq məhsullarımızın çeşidlərini təqdim edirik. Hər bir Barrisol dartma tavanı — fabrika tərəfindən zəmanətlidir və yüksək keyfiyyətə malikdir.

Barrisol dartma tavan sistemlərini istənilən məkanda quraşdırmaq mümkündür. İç məkanlar üçün ideal seçimdir və estetik görüntü yaradır. Barrisol dartma tavan sistemleri istənilən şaquli və üfüqi səthlər  və istənilən formalı dairəvi fiqurlar üçün nəzərdə tutularaq hazırlanir.

Barrisol dartma tavan sistemlərində rəqəmsal çap etməkdə mümkündürki, nəticədə siz 3d effektli görüntü əldə edə bilərsiniz.

Barrisol dartma tavan sistemlərinin əsas üstün cəhətlərindən biridə tez ərsəyə gəlməsi və montajıdır. Montaj işləri isə professional ustalar tərəfindən həyata keçirilir.